10 min sözdən rep yazan tələbə elmi dərəcə aldı - Foto

10 min sözdən rep yazan tələbə elmi dərəcə aldı
Oxunma sayı: 814

Şərqi İngiltərə Universitetinin 22 yaşlı tələbəsi Nikolas Uzoka öz dissertasiya işini qəribə şəkildə müdafiə edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, filologiya fakültəsinin tələbəsi elmlə yanaşı musiqi ilə də məşğul olur. Hətta bir neçə trekin müəllifi olan Nikolas 10 min sözdən ibarət dissertasiyasını rep şəklində hazırlayıb. Əvvəlcə kuratoru bu ideya ilə razılaşmasa da, Uzoka sonda onu yola gətirə bilib.

Sözlərdən 21 trek – 10-u rep, 11-i mənzum şeir formasında hazırlayan Nikolasın ideyasını komissiya üzvləri də bəyənib  və o, elmi dərəcə almağı bacarıb. Hazırda o, daha bir neçə albom buraxmağı planlaşdırır.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi