10 minlərlə etirazçı İrəvana toplaşıb

10-minlerle-etirazci-irevana-toplasib
Oxunma sayı: 4252

Ermənistanın eks-prezidenti Serj Sarkisyanın baş nazir postuna təyin olunmasına etiraz edən 10 minlərlə insan Respublika meydanına toplaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”nin hadisə yerində olan əməkdaşı bildirib.

Etirazların davam etdiyi son 10 gündə ilk dəfə aksiya rəhbərsiz keçirilir. Şənbə günü Armen Qriqoryan və David Sanasaryan, bu gün isə deputat Nikol Paşinyan, Sasun Mikaelyan və Ararat Mirzoyan həbs edilib.

Hazırda etiraz aksiyasına Paşinyanın Vətəndaş razılığı partiyası rəhbərlik edir.

Bundan əvvəl təhlükəsizlik qüvvələri zor gücünə mitinqi dağıtmağa çalışıb. Toqquşmalar zamanı 7 nəfər yaralanaraq xəstəxanaya erləşdirilib. 277 nəfər isə saxlanılıb. Onların arasında deputatlar da var.