10 minlərlə insan referenduma qarşı mitinqə çıxıb

10 minlərlə insan referenduma qarşı mitinqə çıxıb
Oxunma sayı: 1746

İspaniyanın böyük şəhərlərində 10 minlərlə insan Kataloniyada oktyabrın 1-də keçiriləcək referenduma etiraz üçün küçələrə çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aksiya İspaniyanın bütövlüyünə dəstək üçün keçirilib.

İspaniya bir çox mətbuatında verilən məlumata görə, Madridin əsas meydanına 10 minlərlə insan toplaşıb. Nümayişçilər "Bütöv İspaniya", "İspaniya birdir, Kataloniya İspaniyadır" və digər şüarlar səsləndirilib.

Qeyd edək ki, Kataloniya hökuməti oktyabrın 1-nə müstəqillik üçün referendum keçirəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi