10 minlik qızıl oğurladı

10-minlik-qizil-ogurladi
Oxunma sayı: 1293

Bakıda evdən 10 min manatlıq qızıl oğurlanıb.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də rayon ərazisindəki evlərin birindən 10 min manat dəyərində qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vahid Quliyev saxlanılıb.

Qeyd edilir ki, o, əvvəllər öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə və oğurluğa görə məhkum olunubmuş.