10 müəllimə bir milyon “atan” xanımın məhkəməsi oldu

10-muellime-bir-milyon-atan-xanimin-mehkemesi-oldu
Oxunma sayı: 2354

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 10 nəfərə 1 milyon pul “atmaqda” təqsirləndirilən Vəfa Osmanlının məhkəməsi keçirilib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə zərərçəkənlər ifadə verərək onlara dəyən ziyanın ödənilməsini tələb ediblər.

V.Osmanlı özünü qismən təqsirli bildiyini deyib. Proses noyabrın 24-də davam etdiriləcək.

Ali təhsilli və subay olan V.Osmanlı 1971-ci ildə İmişli rayonunda anadan olub. O, vətəndaşlar - C. Cəbrayılova, K. Cəbrayılova, S. Babayeva, Ş. Hüseynova, A. Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək, onların ümumilikdə 1 milyon manata yaxşın pulunu dələduzluq yolu ilə ələ keçirib. İstintaq dövründə V.Osmanlı həbs edilməyib.

V.Osmanlı Azərbaycan İqtisad Universitetində tutor işləyib, zərərəçəkənlərin əksəriyyəti də müəllimdir.

Murad Əhməd