“10 nəfər üstümə cumdu və məni döydü”

10-nefer-ustume-cumdu-ve-meni-doydu
Oxunma sayı: 637

O, “Qafqazinfoya açıqlamasında bütün bu olayların yeganə səbəkarı kimi “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçi göstərib: “Bu davanı başladan Saşa oldu. Futbolçuya yaraşmayan hərəkətlər etdi. Məni bu şəkildə döyməkləri isə ümumiyyətlə biabırçılıq idi. Mən gördüm ki, komanda yoldaşım Todorov “Neftçi”nin mühafizəçisi ilə mübahisə edir. Ona görə ora getdim ki, aranı sakitləşdirim ancaq həmin mühafizəçi mənə yumruq atdı. Mən də ona eyniylə cavab verdim. Bir də onu gördüm ki, 10 nəfər üstümə cumdu və məni döydülər. Hətta vəziyyət o yerə çatdı ki, məni yerə yıxdılar və yıxılanda belə əl çəkmirdilər. Ayağa duranda artıq ağzım burnum qanla dolmuşdu. “Neftçi” qalib gəlməyi bacarmadı. Biz onlara oyunla öz gücümüzü göstərdik.”

İqbal