10 ton narkotik yandırıldı

10-ton-narkotik-yandirildi
Oxunma sayı: 918

Daxili İşlər Nazirliyi bir neçə rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat tədbirləri keçirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Şəki rayon sakininə məxsus torpaq sahəsində yabanı halda bitmiş ümumi çəkisi 9073 kiloqram olan 37032 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək məhv edilib.

Qax rayonunun Qıpçaq-Kötüklü kəndi ərazisindəki torpaq sahəsində ümumi çəkisi 832 kiloqrama yaxın 2188 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək yandırılma yolu ilə məhv edilib.