1:0 Uduzdular: Buna da şükür

10-uduzdular-buna-da-sukur
Oxunma sayı: 639

Rəqiblər arasında ötən ilin oktyabrında Bakıda baş tutmuş qarşılaşma 1:0 hesabı ilə Azərbaycanın xeyrinə bitmişdi. Bu dəfəki görüşün də maraqlı və prinsipial keçəcəyi məlum idi.

Hiddinkin yetirmələri növbəti mərhələyə yüksəlmək üçün qonaqlara məğlub olmamalıydı. Bundan əlavə, qrupda keçirilən digər matçda artıq vəsiqəni təmin etmiş Almaniyanın Belçikanı məyus etməsi də vacib idi.

Azərbaycan yığması isə qələbə qazansa və ya meydanı başıaşağı tərk etsə belə qrupdakı 5 pillədə qalacaqdı. Bu baxımdam qələbənin meydan sahibləri üçün önəmli olması qarşılaşmaya marağı daha da artırırdı. Elə də oldu. Gərgin mübarizə şəraitində keçən görüş minimal hesbla türklərin xeyrinə bitdi. Burak Yılmazın 60-cı dəqiqədə vurduğu qol oyunda yeganə oldu və Almaniya da Belçikanı məğlub etdiyindən, Türkiyə millisi pley-off mərhələsinə yüksəldi.

Azərbaycan və Türkiyə milliləri daha öncə 6 dəfə qarşılaşmışdılar. Bu görüşlərdən birində heç-heçə, birində qələbə qazandığımız halda, 4 dəfə uduzmuşduq.

AVRO-2012-in seçmə mərhələ oyunu

TÜRKİYƏ - AZƏRBAYCAN - 1:0

Qol: Burak Yılmaz, 60
Baş hakim: Peter Rasmussen (Danimarka)
İstanbul. "Türk Telekom Arena" stadionu