10 yaşlı uşağı vurub qaçdı, tutuldu

10-yasli-usagi-vurub-qacdi-tutuldu
Oxunma sayı: 668

Abşeronda 10 yaşlı uşağı avtomobil vurub.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, mayın 15-də Abşeron rayonunun Saray qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini, 10 yaşlı Çingiz Əliyev vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilərək buraxılıb.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "QAZ-3110" markalı avtomobili idarə edən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Səlim Səlimov tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.