10 yaşlı uşaq qardaşını güllələdi - Xaçmazda

10-yasli-usaq-qardasini-gulleledi
Oxunma sayı: 2081

Xaçmaz rayonunda 10 yaşlı uşaq ehtiyatsızlıqdan 13 yaşlı qardaşını güllələyib.

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, martın 13-də Xaçmaz rayonunun İlxıcı kənd sakini, 10 yaşlı Emil Şıxıyev yaşadığı evdə tüfənglə ehtiyatsız davrandığından açılmış atəşlə qardaşı, 13 yaşlı Rəvanın bud nahiyəsinə xəsarət yetirib. 

Xəstəxanaya yerləşdirilmiş yaralının vəziyyəti qənaətbəxşdir.

Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-20” markalı ov tüfəngi və giliz götürülüb.