100 boşqab suşi yedi - Restorana girişi qadağan edildi

100-bosqab-susi-yedi
Oxunma sayı: 3398

Almaniyanın Landshut şəhərində suşi restoranlarından biri 100 boşqab yemək yeyən müştərisinin məkandan uzaqlaşdırılmasına qərar verib.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, Yaroslav Bobrovski adlı müştəri “heç bitməyən yeməyi” üçün 16 avro pul ödəyirmiş. Ofisiantlar onun bəxşişlərini rədd edərək “bunun normal olmadığını” irəli sürüblər. Bobrovski isə restorana girişinin hansı səbəbdən qadağan edildiyini bilmədiyini deyib.

20 saat ac qaldıqdan sonra doyuncayadək yemək yeyən Yaroslav daimi müştəri olduğunu, ancaq 100 boşqab suşi yemədiyini söyləyib: “Onlar şişirdirlər. 80 boşqab yemişəm”. 

Ofisiantların Yaroslavın nə qədər suşi yediyini hesablamaq üçün masalardakı boşqabları belə yığışdırmadıqları deyilir.