100 dollarlıq smartfonlar

100-dollarliq-smartfonlar-
Oxunma sayı: 1523


“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, tədbirdə “Android One” təşəbbüsü haqda ətraflı danışılacaq. Bu təşəbbüs çərçivəsində inkişaf etməkdə olan bazarlar üçün yüksəkkeyfiyyətli və ucuz smartfonların buraxılması planlaşdırılır.

Mayda “Google I/O” konfransında çıxış etmiş internet şirkətin vitse-prezidenti Sundar Piçay “Android One” təşəbbüsünü qısaca təsvir etmişdi. O deyib ki, bu istehsal xəttinə məxsus məhsulların qiyməti 100 dolları ötməyəcək.

“Google”un növbəti tədbiri Hindistanda təsadüfən keçirilmir, çünki “Android One” seriyasına məxsus birinci smartfon bu ölkədə çıxarılacaq. Artıq məlumdur ki, aparat  4,5 düymlük ekran, FM-radio, iki SİM kart dəstəyi və “microSD” yaddaş kartı ilə təchiz ediləcək. Qurğu payızda buraxılacaq.