100 faizdən artıq ödəniş olub

100-faizden-artiq-odenis-olub
Oxunma sayı: 660

Ümumi ödəniş isə ötən ayların debitor borcu da nəzərə alınmaqla 100 faizdən artıq olub. “Azərenerji” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ödənişdə mütləq artım 20 faizdən artıq olub. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə istehlak 183,5 milyon kilovatsaata yaxın təşkil edib. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,5 faiz mütləq artaraq 97 faiz olub.

Cari ilin avqust ayında ümumi ödəniş üzrə 28 elektrik şəbəkəsi (EŞ) ötən ayların debitor borcu da nəzərə alınmaqla 100 faizdən, 10 EŞ isə 95 faizdən yuxarı nəticə göstəriblər. Ümumiyyətlə, hesabat ayında ümumi ödənişdə ən yüksək göstərici “Füzuli” EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 118,1%), ən aşağı isə “Masallı” EŞ-də (84,6%) qeydə alınıb.
Cari ilin 8 ayı ərzində müəssisə üzrə ümumilikdə 4 milyard 497 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. Ümumi ödəniş isə 85,5 faiz olub. Ümumi ödənişdə ən yüksək göstərici “Mingəçevir” EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 103,4%), ən aşağı isə “Sabirabad” EŞ-də (64,8%) qeydə alınıb.

İlin 8 aylıq yekununa görə, Regional Elektrik Şəbəkəsi (REŞ) müəssisələri üzrə ümumi ödənişdə ən yüksək göstərici “Şirvan” REŞ-də 90,8 faiz, ən aşağı göstərici isə “İmişli” REŞ-də 75,8 faiz olub.

Nigar Məmmədli