100 min dollarlıq tacıyla yoxa çıxıb

100-min-dollarliq-taciyla-yoxa-cixib
Oxunma sayı: 1422


“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu haqda məlumat verən yarışmanın mətbuat katibi David Kim  kraliça seçildikdən sonra təşkilatçılara, media nümayəndələrinə, hətta pərəstişkarlarına da kobud davrandığına və yalan söylədiyinə  görə Noenin titulunun əlindən alındığını açıqlayıb. 

Sponsorların sinəsini böyütməsi üçün kraliçaya 10 min dollar verdiyini də ifadə edən Kim "Onun daha gözəl olmağının vacib olduğunu düşündük. Sinəsini böyütməsi üçün xəstəxanaya göndərdik. İndi hər kəs onun artıq kraliça olmadığını bilir, tac onda olduğu müddətcə birinci olduğunu düşünür. Amma elə deyil"-, deyə vurğulayıb. 

Qeyd edək ki, tacıyla birlikdə Seulda yoxa çıxan, telefonlara cavab verməyən Noenin tezliklə iddialara cavab vermək üçün mətbuat konfransı təşkil edəcəyi bildirilir. 

Könül