“100 min mənim üçün çərəz puludur…”

100-min-menim-ucun-cerez-puludur
Oxunma sayı: 3201

Bir neçə gündür ki, xəstəxanada müalicə olunan müğənni Bülənt Ərsoy evinə buraxılıb. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Diva” ləqəbli ifaçı xəstəxanadan çıxarkən jurnalistlərin suallarını cavablandırıb. 

O, modelyer Gülşah Saraçoğlu ilə yaşadığı qalmaqaldan danışıb.  Ərsoy modelyerin ”Onu bir şərtlə bağışlayaram, məndən üzr istəsin və “Mehmetçik Vakfı”na 100 min TL pul bağışlasın” sözlərinə də münasibət bildirib:

“Gülşah xanımın sözüylə hərəkət etmirəm. Mən onsuz da ora sərvətimi bağışlamışam. Mənim üçün 100 min çərəz puludur. Belə zamanlarda bir olmalıyıq.Şəhidlərimiz olur. Mən ana deyiləm, amma bir şəhid acısını analar qədər hiss edirəm. Biz burada rahat dava edə biliriksə, onlara borcluyuq. Övladlarımın ayaqları daşa dəyməsin, haqlarını mənə halal etsinlər”.