100 min nəfər sosial ipoteka almaq istəyir

100-min-nefer-sosial-ipoteka-almaq-isteyir
Oxunma sayı: 661

"Azərbaycanda sosial ipotekaya böyük tələb var. 100 min nəfər sosial ipoteka almaq istəyir", - deyə bildirib.

Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsində sosial ipotekanın verilməsi üçün 20 mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

E.Rüstəmov əlavə edib ki, bütovlükdə, 2011-ci ilin əvvəlindən Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları tərəfindən ümumi məbləği 80 mln. manat olan ipoteka kreditləri (o cümlədən sosial) verilib.

AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 26 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 35 min manat təşkil edir.


Interfax-Azərbaycan