“100 saatdan çox narkoz almışam”

100-saatdan-cox-narkoz-almisam
Oxunma sayı: 2482

Xalq artisti Aygün Kazımova ATV kanalında yayımlanan “5-ci element” proqramının qonağı olub.  “Qafqazinfo” xəbər verir ki, müğənni verilişdə maraqlı açıqlamaları ilə yadda qalıb. 

Aygün deyib ki, gözəl qalmağının səbəbi plastik əməliyyatlar deyil: “Plastik əməliyyatlar çox etdirmişəm. Amma bu gün belə qalmağımın səbəbi estetiklər deyil. Yaxşı formada qalmışam, enerjiliyəm. Plastik əməliyyatlar insana enerji vermir. Əslində narkoz insanın səhhətində mənfi təsir göstərir. 100 saatdan çox narkoz almışam. Həmçinin genetika da böyük rol oynayır”.