1000-ə yaxın billet pulsuz veriləcək

1000-e-yaxin-billet-pulsuz-verilecek
Oxunma sayı: 643

Bu barədə “Qafqazinfo”ya AFFA-nın mətbuat ximətinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.

M.Nərimanoğlu azarkeşlərin və Rusiyada yaşayan həmyerlilərimizin istəklərini nəzərə aldıqlarını bildirib. Bu məqsədlə də AFFA Rusiyada təhsil alan azərbaycanlı tələbələrə, Azərbaycan diasporasına pulsuz paylanması üçün 1000-ə yaxın billet ayırıb.

“Hətta bu məqsədlə Rusiya Futbol İttifaqı ilə də əlaqə saxlamışıq. Biletlərin bir hissəsi protokol qaydasına uyğun olaraq pulsuz paylanacaq. Qalan hissəsi isə satışa çıxarılacaq” – deyə mətbuat ximətinin rəhbəri bildirib.

Sevinc