“1001 dad”da “jurnalist-aşpaz”lar

1001-dadda-jurnalist-aspazlar
Oxunma sayı: 2099

22 iyul Milli Mətbuat günü üçün, "WWW.1001dad.com" web saytının təşkilatçılığı və "360 Marcom" marketinq şirkətinin köməyi ilə şirkətin Live Kitchen studiyasında media nümayəndələri üçün master-klass təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, master-klassda əvvəl Şef Tariel Quliyev media nümayəndələrini Milli Mətbuat Günü münasibəti ilə təbrik edib və jurnalistlərə iki növ desert hazırlayacağını bildirib.

Şef Tariel iştirakçılara desertləri seçmək hüququ verərək, sağlam qidalanmanın insan orqanizminə faydasından bəhs edib və eyni zamanda da bele qidaların çox dadlı olduğunu göstərib.

Jurnalistlər Şefin düzgün qidalanma sistemi və bu zamanı orqanizmdə baş verən proseslər haqqında verdiyi faydalı məlumatları maraqla dinləyib. Sonra şef ona ünvanlanan sualları cavablandıraraq, keçdiyi təcrübədən, əldə etdiyi nəticələrdən danışaraq təəssüratlarını bölüşüb.

İlk desert süzmə qatıq, qoz-fındıq və quru meyvələrin əlavə edilməsi ilə hazırlanmış yüngül meyvə və giləmeyvə qarışığı olub. İkinci olaraq isə Maffin keksi hazırlanıb.

Qeyd edək ki, şirkət bununla kifayətlənməyəcək, şefin iştirakı ilə bu cür master-klasslar istəyən hər bir kəs və uşaqlar üçün də təşkil edəcək.