102 ermənini məhv edən zabitin yeni- - Videosu

102-ermenini-mehv-eden-zabitin-yeni-
Oxunma sayı: 3313


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, görüntülər Tərtər istiqamətində gedən döyüşlərdə çəkilib. 

Qeyd edək ki, 2 gün bundan əvvəl də Məhərrəm Seyidovun videosu yayılmışdı. 1994-cü ilin 16 Sentyabr tarixində lentə alınan bu görüntülərdə Tərtər istiqamətində gedən döyüşlər zaman 741 saylı Hərbi Hissənin komandiri kapitan Məhərrəm Məcnun oğlu Seyidov həmin çəkilişdən bir neçə gün əvvəl ermənilərin etdikləri hücumlarla bağlı müsahibə verərkən, düşmənin 102 əsgərinin məhv edildiyini deyib:

“Ayın 23-ü və 25-i tarixlərində edilən 2 hücum zamanı düşmənin 102 əsgəri məhv edilib. Biz isə döyüşlər zamanı 5 əsgərimizi şəhid vermişik”.

Xatırladaq ki, kapitan Məhərrəm Məcnun oğlu Seyidov I Qarabağ Müharibəsində vəfat etmiş və ölümdən 32 gün sonra mayor rütbəsi ilə təltif edilmişdi. O ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə də təltif edilmişdi.