103 əcnəbi saxlanıldı

103 əcnəbi saxlanıldı
Oxunma sayı: 260

Xidmətdən Trend-ə verilən məlumata görə, ötən həftə ərzində DMX tərəfindən Bakı və Gəncə şəhərlərində, həmçinin Bərdə, Ağcabədi, Yevlax, Şəki Göygöl, Tovuz, Qazax, Xaçmaz və Şabran rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş, eyni zamanda, ölkədə olma və yaşama qaydalarını pozmuş 103 əcnəbi aşkar edilib.

Saxlanılan şəxslər barəsində inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

Xidmətdən bildiriblər ki, qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi