104 yaşlı qadın həbsə düşmək istəyir

104 yaşlı qadın həbsə düşmək istəyir
Oxunma sayı: 856

Böyük Britaniyada qocalar evinin sakini Enn qeyri-adi istəyini dilə gətirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 104 yaşlı Ennin yaşadığı qocalar evi xeyriyyə aksiyası keçirərək sakinlərdən arzularını yazmağı xahiş edib. Daha sonra isə yaşlıların istəkləri onlayn mağazalarda  nümayiş etdirilib.

Aksiyada iştirak edən Brokenbrou da həbsə düşmək istəyini, həmçinin digər arzularını qeyd edib: “104 yaşım var, hər zaman qanun tərəfdarı olmuşam. İndi isə qanunun qaranlıq tərəfinə getmək istəyirəm”.

Yerli polis orqanları təqaüdçünün istəyinə müsbət reaksiya verib və qısa zamanda qocalar evinə gələrək onu “həbs edəcəyini” deyib. 

Aysel Kərimova

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi