11-ci sinif şagirdinə siqaret satdı, cərimələndi

11-ci sinif şagirdinə siqaret satdı, cərimələndi
Oxunma sayı: 1292

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis orqanları tərəfindən tədbirlər davam etdirilir.

"Qafqazinfo"ya daxil olan məlumata görə, dekabrın 5-də Baş İctimai Təhlükəsizlik və Nəsimi Rayon Polis İdarələrinin əməkdaşları rayon ərazisində növbəti belə tədbir keçiriblər. Bu zaman Nəsimi rayonunda yerləşən orta məktəblərdən birinin yaxınlığındakı mağazanın sahibi paytaxt sakini Anar Kazımlının yetkinlik yaşına çatmayan 11-ci sinif şagirdinə tütün məmulatı satması müəyən edilib.

Fakt təsdiqini tapandan sonra həmin mağazanın sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və o, qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə edilib.

Qeyd edək ki, son günlər Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərində keçirilən bu tipli tədbirlər zamanı yetkinlik yaşına çatmayan şəxslərə spirtli içki və tütün məmulatları satan 20-yə yaxın obyekt sahibi inzibati qaydada məsuliyyətə cəlb edilib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi