11 əri olan qadın daşlanaraq öldürüldü

11-eri-olan-qadin-daslanaraq-olduruldu
Oxunma sayı: 2867

Somalidə “Eş Şebab” təşkilatının başında durduğu məhkəmə 11 əri olan qadının daşlanaraq öldürülməsi haqda qərar verib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, Şükrü Abdullahi Varsame adlı qadın “əvvəlki ərlərindən boşanmadan 11 dəfə evləndiyi üçün” mühakimə edilib. Sablale əyalətinin sakinləri boyun hissəsinədək torpağa gömülən qadının əvvəlcə militanlar tərəfindən daşlandığını bildiriblər.

Şəriət qanunlarının hökm sürdüyü əyalətdə 1 kişinin 4 arvadı olmasına icazə verilsə də, bir qadının 1-dən artıq əri ola bilməz. 

Nuranə