11 illik düşmənçiliyə son qoyurlar

11-illik-dusmenciliye-son-qoyurlar
Oxunma sayı: 2325

Türkiyənin iki məşhur müğənnisi Demet Akalınla Hande Yener arasında əsən soyuq küləklər səngiməyə başlayıb.  “Qafqazinfo” xəbər verir ki, ötən gün Kıbrısda səhnəyə çıxan Hande Yener KİV nümayəndələrinin suallarını cavablandırıb. 

O, 11 ildir ki, küsülü olduğu həmkarına barışıq əlini uzadıb. “Məhkəmə bizim razılığa gəlməyimizi təklif etdi. Hər iki tərəf bunu qəbul etdi. Biz problemlərimizi uyğunlaşaraq həll etməliyik. Məhkəmələri belə mövzularla məşğul etmək lazım deyil”- deyə Hande Yener bildirib.