118 uşağı himayəyə götürən milyonçu qadın həbs edildi

118-usagi-himayeye-goturen-milyoncu-qadin-hebs-edildi
Oxunma sayı: 2460

Çində xüsusi uşaq evi olan və 118 azyaşlını himayəsinə götürən, onların saxlanılması üçün milyondan çox yuan xərcləyən sahibkar qadın Li Litszyuan həbs edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 1996-cı ildən uşaqları övladlığa götürən və Uan şəhərində “Qədim sevgi” sığınacağını açan milyonçu qadının fırıldağı üzə çıxıb. Belə ki, Linin uşaqlar üçün topladığı ianələri şəxsi ehtiyaclarından ötrü mənimsədiyi üzə çıxıb. O, həmin pulla özünə ev, bahalı avtomobillər alıb, bankda isə böyük məbləğdə hesab açıb. Linin övladlığa götürdüyü uşaqların əksəriyyətinin valideyni olduğu və onların adından xüsusi güzəştlər qazanmaq üçün istifadə etdiyi üzə çıxıb.

Sığınacaq bağlanıb, uşaqlar isə aidiyyatı qurumlara təhvil verilib. Polis sığınacaqda oğurlanmış uşaqların ola biləcəyindən şübhələnərək övladları itmiş sakinlərdən qan nümunələri və barmaq izləri götürüb. 

Nuranə