12 il sonra üçəmləri oldu, üçotaqlı mənzil bağışlandı - Fotolar

12-il-sonra-ucemleri-oldu-ucotaqli-menzil-bagislandi
Oxunma sayı: 6335

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, kiçik çavuş Ömər Ələkbərovun on iki illik həsrətdən sonra iki oğlan və bir qız olmaqla, üçəm körpəsi dünyaya gəlib. 

"Qafqazinfo" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, uşaqlara erməni vəhşiliyinin qurbanı olan körpə Zəhranın və milli qəhrəmanlarımız Mübarizlə Çingizin adları verilib. Körpələr sağlam və gümrahdırlar.

Ömər Ələkbərov Gəncə şəhərində anadan olub. Müddətli həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında, Ermənistanla sərhəddə ön səngərdə başa vurduqdan sonra həyatını həmişəlik olaraq orduyla bağlayıb. Beş ildən çoxdur ki, xidmət edən Ömər motoatıcı taqım komandirinin müavinidir. 

Müdafiə Nazirliyinin rəhbərliyi və Ö.Ələkbərovun xidmət etdiyi hərbi birliyin komandanlığı ailənin bütün problemlərini qarşılamağı öz üzərlərinə götürüb. Gəncə şəhərində üçotaqlı xidməti mənzilin açarları ailəyə təqdim edilib.

Kiçik çavuş Ömər Ələkbərov göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.