12 ildir həbsdə olan azərbaycanlı sahibkar yuxuda öldü - Foto

12-ildir-hebsde-olan-azerbaycanli-sahibkar-yuxuda-oldu
Oxunma sayı: 5407

Rusiya vətəndaşı olan azərbaycanlı sahibkar Barnaul şəhərindəki həbsxanalardan birində dünyasını dəyişib.

“Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, əslən Salyan rayonundan olan 59 yaşlı Şahin Nəriman oğlu Səfərov 1990-cı illərdən Rusiyanın Tümen vilayətinin Xantı-Mansiysk vilayətinə köçüb. O, tikinti materiallarının biznesi ilə məşğul olub, eləcə də  istehsal müəssisələri üçün iş geyimləri tikən fabrikin sahibi olub. Son zamanlar biznesi iflas edən Ş. Səfərov 2007-ci ildə həbs olunaraq qaçaqmalçılıq ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qohumlarının dediyinə görə, Şahin Səfərov azadlığa çıxmasına cəmi 10 gün qalmış həbsxanada vəfat edib-gecə yatıb, səhər yuxudan ayılmayıb.

Mərhumun cənazəsi Azərbaycana gətirilərək Salyan rayonunda torpağa tapşırılıb.