12 illik ərini boşayır - Xəyanətə görə

12-illik-erini-bosayir
Oxunma sayı: 641

Tülin Şahin 12 illik həyat yoldaşı Mehmet Özerlə boşanır. 

“Qafqazinfo” xəbər verir ki, 36 yaşlı model yayılan xəbərləri təsdiqləyib, may ayında ilk məhkəmə prosesinin baş tutacağını söyləyib. 

Bir müddət əvvəl evlərini ayıran cütlük münasibətlərinə birdəfəlik nöqtə qoymaq niyyətindədir. 

Ayrılığa xəyanətin səbəb olduğu da ortaya çıxıb. İddia olunur ki, Mehmet Özer Tülini başqa bir xanımla aldadıb.