1.2 milyonluq dələduzluq edənə “anlaqsız” qərarı verilib

12-milyonluq-deleduzluq-edene-anlaqsiz-qerari-verilib
Oxunma sayı: 1979

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1,2 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Hicran Allahverdiyevanın məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə,  hakim Azad Məcidovun icraatında olan prosesdə qərar verilib. Belə ki, bundan öncə bu işlə bağlı eyni instansiyada hökm oxunub. Hökmə əsasən H. Abdullayevanın cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gəlinib. Onun barəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə təyin edilib.

Zərərçəkmiş şəxslərin hökmdən verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun icraatında baxılıb. Məhkəmə araşdırması zamanı yenidən psixi ekspertiza keçirilib və H. Allahverdiyevanın sağalması barədə rəy verilib. Bundan sonra F.Qasımovun qərarı ilə hökm ləğv edilib və işin yenidən araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilməsi barədə  qərar çıxarılıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə kollegiyası qərarı icra edərək işin istintaqa qaytarılmasını təmin edib. 

İttihama görə, H. Allahverdiyeva şirkət yaratmaq adı 6 nəfərdən 1,2 milyon manat alaraq onları aldadıb. 

Murad Əhməd