12 nəfərin üzü və adı dəyişdirildi

12-neferin-uzu-ve-adi-deyisdirildi
Oxunma sayı: 1956


Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib. Qəzetin məlumatına əsasən, bu addım şahidlərin təqib edilməmələri üçün atılıb. Məlumatda o da qeyd olunur ki, hazırda Türkiyədə qüvvədə olan şahidlərin qorunması haqqında qanuna əsasən, 105 şahid, 168 şahid qohumları olmaqla, ümumilikdə 273 nəfər haqqında bütün məlumatlar gizli saxlanılır. Məlumata əsasən, plastik əməliyyat vasitəsilə simaları dəyişdirilən bütün vətəndaşlara yeni pasportlar verilib.


Statistik məlumatlara görə, 2008-ci ildə 7, 2009-cu ildə 42, 2010-cu ildə 20, 2011-ci ildə 90, 2012-ci ildə 87, 2013-cü ildə 39, bu il isə ümumilikdə 12 nəfərin siması dəyişdirilib.