12 yaşlı məktəbliyə əxlaqsızlıq edən direktor saxlanılıb

12 yaşlı məktəbliyə əxlaqsızlıq edən direktor saxlanılıb
Oxunma sayı: 7349

Xaçmaz rayonunun Arzu kəndində direktorun 12 yaşlı şagirdə qarşı seksual hərəkətlərə yol verdiyi üz çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda istipress.com saytı bildirir.

İddiaya görə, məktəbin direktoru 62 yaşlı Gülfəz Alxasov məktəblilərdən birinə qarşı seksual xarakterli hərəkət edib. Kənd sakinləri bildirib ki, oktyabrın 31-də direktor G.Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini kabinetinə çağırıb və onun dodağından öpüb. Bu hadisəni isə həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb. 

Adı açıqlanmayan məktəbli qız bu hadisəni anasına danışıb. Kənddə xəbər yayılandan sonra hiddətlənmiş valideynlər məktəbin qarşısına yığışaraq direktora etiraz ediblər. Əldə edilən məlumata görə, qadınlar bu gün də məktəbə yığışıb və direktorun işdən getməsini tələb ediblər.

Xaçmaz İcra başçısının Hacıəlibəy İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən belə bir hadisənin olduğu və məsələnin araşdırıldığı deyilib.

Polis vəziyyətə nəzarət edir. Direktorun və məktəblinin ifadəsi alınır. 

***

Xaçmaz Rayon Polis Şöbəsindən “Qafqazinfo”ya bildirilib ki, onlara daxil olan şikayət əsasında araşdırma başladılıb. Məktəbin direktoru saxlanılaraq ifadəsi alınıb: “Əgər cinayət tərkibi olduğu müəyyənləşdirilərsə, iş prokurorluğa göndəriləcək”.

***

"Sizi tam əmin edirəm ki, bu bir şayiədir, böhtan xarakterlidir. Məktəb direktoru namuslu və vicdanlı insandır".

Bunu “Qafqazinfo”ya açıqlamasında Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi İmran Müseyibov deyib. O bildirib ki, baş verən hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək:

“Direktor hazırda evindədir. Özü şok vəziyyətinə düşdüyündən telofonunu söndürüb. Mən onu 9 ildir ki, tanıyıram. İnanın ki, bu, bir böhtandır”. 

Xatırladaq ki, Xaçmaz rayonunun Arzu kəndində direktoru Gülfəz Alxasov 12 yaşlı şagirdə qarşı seksual hərəkətlərə yol verməkdə ittiham olunur. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi