124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb

124-azerbaycan-vetendasi-gurcustana-buraxilmayib
Oxunma sayı: 1102

Cari ilin yanvarında 1587 xarici vətəndaşın Gürcüstana girişinə qadağa qoyulub.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin aylıq hesabatında qeyd olunub.

Siyahıda ilk yerdə İran (576 nəfər) və Hindistan (366 nəfər) qərarlaşıb.

Qonşu ölkəyə 124 Azərbaycan vətəndaşı buraxılmayıb.

Bundan başqa, Türkiyə (116), Türkmənistan (72), Rusiya (58), Ermənistan (50), Özbəkistan (44), Pakistan (28), Misir (16), İraq (15), Qırğızıstan (13) və Qazaxıstan (11) vətəndaşları da Gürcüstan sərhədlərini keçə bilməyib.