127 il yaşamağın sirri- - Ərə getməyin

127-il-yasamagin-sirri-
Oxunma sayı: 1926


“Qafqazinfo” xəbər verir ki, Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, 1887-ci il avqustun 31-də anadan olan meksikalı qadın bu yaxınlarda 127 yaşını qeyd edib.

Onun sözlərinə görə, uzun yaşamaq üçün 3 şeyə əməl etmək lazımdır: birincisi, yaxşı qidalanmaq, ikincisi, saatlarla yatmaq və nəhayət, əsla ərə getməməkdir.

Keçmişdə dərzi olan qadın heç vaxt evlənməsə də, 5 uşaq dünyaya gətirib. Onun 20 nəvəsi, 55 nəticəsi var.