12900 dolları gömrükdən gizli keçirmək istədi

12900-dollari-gomrukden-gizli-kecirmek-istedi
Oxunma sayı: 1609

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrana piyada yolla gedən Azərbaycan vətəndaşına məxsus əl yükü rentgen aparatından keçirilərkən şübhəli cizgilər müşahidə edildiyindən saxlanılıb və həmin yükə gömrük baxışı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, baxış zamanı vətəndaşa məxsus qara əl çantasının içərisindəki pul kisələrində əvvəlcədən gömrük nəzarətinə yazılı, şifahi və elektron qaydada bəyən olunmayan, ümumilikdə 12900 ABŞ dolları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.