13 milyon Tvitter izləyicisi olan Ərdoğan yalnız 1 nəfəri izləyir

13-milyon-tvitter-izleyicisi-olan-erdogan-yalniz-1-neferi-izleyir
Oxunma sayı: 6808

Son zamanlar sosial şəbəkələrdən aktiv istifadə edən prezident Rəcəb Tayyib Ərdoğanın Tvitter hesabının 13 milyon izləyicisi var.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın özü isə yalnız bir nəfəri – həyat yoldaşı Əminə Ərdoğanı izləyir.

330 min Tvitter izləyicisi olan Əminə Ərdoğan isə prezidentin türk və ingilis dilindəki səhifələrini, həyat yoldaşının şəxsi hesabını izləyir.