13 rəqəmi və cümə gününün mistikası - Əfsanələrdə

13-reqemi-ve-cume-gununun-mistikasi
Oxunma sayı: 5175

Dünyanın əksər ölkələrində 13 rəqəmi uğursuz hesab edilir. Üstəlik, bu rəqəm cümə günü ilə üst-üstə düşərsə xüsusi mistik anlam yüklənir.

“Qafqazinfo” 13 rəqəmi və cümə günü ilə bağlı ən çox yayılmış əfsanələri təqdim edir:

Hesab edilir ki, Həvva Adəmi almaya 13-cü cümədə qonaq edib. Baxmayaraq ki, hələ o zamanlar təqvim ixtira olunmamışdı.

Qədim yəhudilər 13-ü tutqun say hesab edirdilər. Kabbala təliminə görə 13 cinlərin sayıdır. İsa peyğəmbərin sirli gecəsində isə onun 13-cü qonağı satqın İuda olub.

İsa peyğəmbər məhz cümə günündə ayın 13-də çarmıxa çəkiblər. Bu səbəbdən 13 uğursuz say kimi assosiasiya olunur.

Təkcə xristianlar deyil, qədim romalılar da 13 sayını sevməyiblər. Olimpdə yalnız 12 allah hökmranlıq edirdi. 13-cü allahın olması harmoniyanın pozulması demək idi. Yazıçı Homer belə 13-ü lənətlənmiş hesab edirdi.

IV Filipp məhz cümə günü, ayın 13-də tampliyerlərin başçısı Jak de Molyenin başını kəsib. O, isə kral ailəsini lənətləyib. 1307-ci ildən 13 uğursuz rəqəm hesab edilir.

13 rəqəmi və cümə günü Hollivud kinematoqrafçılarını da az qorxutmayıb. 1980-ci ildən çəkilən qorxulu filmlərin əksəriyyətində cani qurbanlarını məhz bu gündə və tarixdə seçir.

13-ü və cüməni uğurlu hesab edən xalqlar da az deyil. İspanlar və portuqal dənizçiləri, o cümlədən Kolumb məhz həmin gün səyahət etməyin uğuruna inanıb. Misirlilər isə həmin gün tanrıların insanlara daha çox kömək etdiyini düşünürlər.