13 yaşlı döyüşçü pul üçün çıxdığı rinqdə öldü

13-yasli-doyuscu-pul-ucun-cixdigi-rinqde-oldu
Oxunma sayı: 3168

Tailandda rinqdə daha bir ölüm hadisəsi baş verib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, Anucha Tasako adlı 13 yaşlı döyüşçü rinqdə aldığı zərbədən dünyasını dəyişib. Onun beyninə qan sızdığı bildirilir.

Məlumata görə, valideynləri olmayan Tasako məktəb xərclərini qarşılamaq üçün rinqə çıxıb. O, 8 yaşından bəri pul qarşılığında döyüşlərdə iştirak edib.

Bu hadisədən sonra Tailandda 15 yaşdan kiçiklərin döyüşlərdə iştirakını qadağan edən qanunun qəbulu gündəmə gətirilib.

Xatırladaq ki, bir neçə gün öncə Tailandda 49 yaşlı Kristian Daqio adlı döyüşçü də rinqdə ölmüşdü.