13 yaşlı qızı maşınla vuran səfir oğlu həbs olundu

13-yasli-qizi-masinla-vuran-sefir-oglu-hebs-olundu
Oxunma sayı: 3198


Qurumdan "Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, iyunun 9-da saat 23:00 radələrində Bakı şəhər sakini Zeynalov Əbil Abbas oğlu idarə etdiyi özünə məxsus “Mercedes Benz” markalı, 90-FL-003 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxtın Neftçilər prospektində hərəkətdə olarkən yolu keçmək istəyən İsmayılova Tahirə Ələkbər qızını vuraraq xəsarət yetirmiş, sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.. 

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

Ə.Zeynalov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Hazırda iş üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, Ə.Zeynalovun atası Abbas Zeynalov həkim və sülhməramlı səfir, milliyyətcə yəhudi olan anası Bela Zeynalova isə müəllimədi. Ailə Qubada yaşayır.