13 yaşlı uşağı maşın vurub öldürdü - Cəbrayıl köçkün şəhərciyində

13 yaşlı uşağı maşın vurub öldürdü
Oxunma sayı: 982

İmişli və Biləsuvar rayonlarının sərhədində yerləşən Cəbrayıl köçkün şəhərciyində məskunlaşan azyaşlını avtomobil vuraraq öldürüb.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, “VAZ 2106” markalı  avtomobil velosipedlə hərəkətdə olan Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Eyvazov Xəzər Hümbət oğlunu vurub.
 
Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 
Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi