13 yaşlı uşaq ağacdan yıxıldı, öldü

13-yasli-usaq-agacdan-yixildi-oldu
Oxunma sayı: 843

Gəncədə 13 yaşlı oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. 

"Qafqazinfo" ARB Kəpəz-ə istinadən xəbər verir ki, Gəncədə 13 yaşlı oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Ozan küçəsində yaşayan Vüsal Aslanlı həyətdə olan tut ağacından yıxılıb.

Ağır xəsarət alan uşaq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. 

Reanimasiya Şöbəsinə yerləşdirilən Vüsala tibi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.