139 milyon avro ayrıldı

139-milyon-avro-ayrildi
Oxunma sayı: 655

“Qafqazinfo”nun “Armtoday” saytına istinadən verdiyi xəbərə görə, Ermənistan və Gürcüstana ayrılan vəsaitin qiyməti ayrılıqda 60 milyon avro təşkil edir.

AB-nin Ermənistana ayırdığı vəsait məhkəmə islahatları, Gürcüstan üçün nəzərdə tutulan vəsait isə əsasən kənd təsərrüfatının müasirləşdirilməsinə sərf olunacaq.

Birliyin Azərbaycana ayırdığı məbləğ isə 19.5 milyon avro göstərilir. Buna səbəb kimi isə Azərbaycanın AB ilə azad və hərtərəfli ticarət zonası yaradılması ilə bağlı danışıqlara başlamamasıdır.