14 fevral telefonun kəşf olunduğu gündür

14-fevral-telefonun-kesf-olundugu-gundur
Oxunma sayı: 646

“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, müxtəlif şəhər, ölkə və hətta dünyanın ayrı-ayrı yerlərində bir-birimiz ilə ünsiyyət saxlamaq üçün əlaqə vasitəsi olan telefon 1875-ci ildə Bostonda ixtira edilib. Belə ki, alimlər Aleksandr Qrem Bell və Tomas Uoston təcrübələrində bir neçə membran tətbiq etməyə qərar verirlər. Həmin membranlar vasitəsilə elektromaqnitlər idarə olunur ki, bu da telefonun bütün konstruksiyasının əsasını təşkil edir. Səsin ötürülməsi üçün elektrikdən istifadə etməyi isə ilk dəfə olaraq amerikalı Peydc fikirləşib. Bu texnologiyanın təkmilləşdirilməsində Amerikadan Qrem Bell və onun köməkçisi Tom Uotson, Filipp Reys iştirak ediblər.

1876-cı il fevral ayının 14-də Qrem Bell öz ixtirasını - telefonu ABŞ-da patentləşdirmiş və həmin il mart ayının 10-da telefon vasitəsilə ilk səsli xəbər ötürülüb.