14 gün komada qalan xəstə niyə öldü? - 3 səbəb ola bilər...

14 gün komada qalan xəstə niyə öldü?
Oxunma sayı: 1707

Ucarda üzərində cərrahiyyə əməliyyatı olan şəxs Bakıda ölüb.
 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki,  Alpout kənd sakini, 35 yaşlı Bəxtiyar Mahir oğlu Abbasov boğaz nahiyəsində yaranmış problemlə bağlı Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Müayinədən sonra həkimlər xəstəyə əməliyyat olunmasının vacib olduğunu bildiriblər.
 
Yaxınlarının sözlərinə görə, B. Abbasov isə qorxduğunu əsas gətirərək evə qayıdıb. Ertəsi gün həkim ona zəng edərək, əməliyyat üçün xəstəxanaya getməsini istəyib.
 
Orada boğazından əməliyyat olunan B. Abbasov əməliyyatdan sonra komaya düşüb. Xəstə təcili olaraq paytaxtın Mərkəzi Neftçilər Xəstəxanasına göndərilib. 14 gün komada qalan 2 uşaq atası B. Abbasov ötən gün xəstəxanada ölüb.
 
Faktla bağlı araşdırma aparılır.

 ***

"Bəxtiyar Abbasov xəstəxanada əməliyyatdan sonra komaya düşüb. Bunun üç səbəbi ola bilər. Birinci, əməliyyat edən həkimin səhlənkarlığı, ikinci, narkoz həkiminin səhvi, üçüncü isə xəstədə gizli gedən hər hansı xəstəliyin olmasıdır. Hər bir halda prokurorluq tərəfindən araşdırmalara başlanıb". 
 
Bunu açıqlamasında Ucar Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Zeynal Bayramlı rayonun Alpout kənd sakini, 35 yaşlı Bəxtiyar Mahir oğlu Abbasovun əməliyyatdan sonra ölməsi ilə ilə bağlı bildirib.
 
Baş həkim ölümün dəqiq səbəbinin analizlərin cavabından sonra  məlum olacağını qeyd edib. 
 
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi