14 min “Audi” geri çağrılıb

14-min-audi-geri-cagrilib
Oxunma sayı: 664

Rusiyada “Volkswagen” şirkəti 14 mindən çox “Audi” markalı avtomobili geri çağırıb.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, buna soyuducu maye nasosunun həddən artıq qızması ilə əlaqədar olduğu bildirilib.

Geri çağırılma 2012-2017-ci illər arasında Rusiyada satılmış “A4”, “A5”, “A6” və “Q5” modellərinə şamil olunub.

Sözügedən avtomobillərdə təmir işləri şirkət tərəfindən ödənişsiz olaraq həyata keçiriləcək.