14 nəfərin ölümünə səbəb olan fil güllələnib

14-neferin-olumune-sebeb-olan-fil-gullelenib
Oxunma sayı: 667

Xəbər verdiyimiz kimi, Hindistanın Carxand və Bihar ştatlarında 1 fil 14 nəfərin ölümünə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, ötən həftə 25 yaşlı gəncin də fil tərəfindən öldürülməsindən sonra şəhərə Heydərabaddan 5 nəfər fil təlimçisinin gətiriləcəyi və həmin fili əhliləşdirəcəklərini bildirmişdilər.

Əgər fili sakitləşdirmək mümkün olmasa güllələmək üçün müvafiq idarələrdən icazə istəniləcəyi açıqlanmışdı.

Bütün cəhdlərə baxmayaraq fili sakitləşdirmək mümkün olmayıb və nəticədə güllələnərək zərərsizləşdirilib.

Qeyd edək ki, Hindistanda qanuna əsasən vəhşi heyvanların ovu qadağandır, aqressiv heyvanların məhv edilməsi üçün isə xüsusi icazə tələb edilir.