14 yaşında ərə verilən qızla bağlı bəyanat

14-yasinda-ere-verilen-qizla-bagli-beyanat
Oxunma sayı: 1681


BMT-nin insan haqları üzrə baş komissarı Navi Pillay İranda edamların sayının çoxluğuna və xüsusilə yeniyetmələrin edamına etirazını bildirib.

Pillayın iyunun 26-da verdiyi bəyanatda deyilir ki,  Razieh İbrahimi 17 yaşında olanda öz ərini öldürdüyünə görə edama məhkum olunub.

Pillay qeyd edir ki,  İbrahimi 14 yaşında ərə verilib və bundan sonra ailədə zorakılığa məruz qalırdı.

Pillay bildirir ki,  törətdiyi cinayətdən asılı olmayaraq yeniyetmələrin edamı beynəlxalq qanunla qadağandır.

BMT-nin məlumatına görə, İranda 18 yaşına çatmamış törətdiyi cinayətlərə görə 160 adam edama məhkum olunub.

İranda il başlanandan 250 adam edam olunub.