14 yaşlı bacısını öldürdü, yetim olduğu bilindi - Fotolar

14-yasli-bacisini-oldurdu-yetim-oldugu-bilindi-fotolar
Oxunma sayı: 643

17 yaşlı Baxışlı Nicat Çingiz oğlu 14 yaşlı bacısını qətlə yetirib. Yayılan xəbərdə bildirilirdi ki, oğlan özündən kiçik bacısının kürək nahiyəsinə çoxsaylı bıçaq zərbələri endirib. 14 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb. Göstərilən ünvana yollanan əməkdaşımız bildirdi ki, hadisə baş verən evin qapısı bağlıdır.

Qonşulardan aldığımız məlumata görə, hadisəni törədən Nicat Baxışlı və bacısı Böyükxanım Baxışlı adıçəkilən ünvanda nənələri ilə birlikdə yaşayırmış: “Onları dindar ailə kimi tanıyırdıq. Qız hicablı idi, nənəsi isə namaz qılırdı. Oğlan bacısını təxminən 7-8 dəfə bıçaqladı”.

Adlarının çəkilməsini istəməyən qonşular bildirib ki, yeniyetmələrin valideynləri yox idi: “Anaları rəhmətə gedib, ataları isə başqa insanla ailə qurub, ayrı yerdə yaşayırdı”.
Bu hadisə qonşular üçün şok olub. Uşaqların yaşlı nənəsinin polisdə olduğu bildirilir.

Hadisənin qısqanclıq zəminində baş verməsi söylənilsə də, qonşular buna güman etmirlər. Çünki hicablı qızın hərəkətlərində buna ehtimal verəcək heç bir əsas olmayıb./hafta-ichi.az/