14 yaşlı məktəblinin- dəhşətli qətli

14-yasli-mekteblinin-dehsetli-qetli
Oxunma sayı: 654

Bakının Xətai rayonu ərazisində dəhşətli qətl olub. “Qafqazinfo” xəbər verir ki, Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, 14 yaşlı məktəbli Gennadi Usov öldürülərək tikilməkdə olan binanın içərisinə atılıb. Naməlum şəxslər onun boğazını kəsərək öldürüb.

Boğazı kəsilən şagirdin kim tərəfindən öldürülməsi hələlik məlum olmasa da, bəzi qaranlıq məqamlara aydınlıq gəlib. Qətlin kim tərəfindən törədilməsi istiqamətində aparılan araşdırmalar qismən də olsa, nəticə verib.

Mərhumun bacısının istintaqa verdiyi ifadəsinə görə, qardaşı və valideynləri tüfeyli həyat tərzi keçirirmişlər. Onun sözlərindən məlum olub ki, qardaşını da məhz valideynləri öldürüblər.
Hazırda mərhmun bacısının ifadəsinin düzgün olub-olmaması dəqiqləşdirilir.