14 yaşlı qız dəm qazından boğulub öldü

14-yasli-qiz-dem-qazindan-bogulub-oldu
Oxunma sayı: 1700

Gəncədə 14 yaşlı qız dəm qazından zəhərlənərək ölüb. 

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə Bakı fəhləsi küçəsindəki yeni tikilən evlərdən birində qeydə alınıb. 2003-cü il təvəllüdlü Abbasova Gülsüm Mahir qızı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. Ona dərhal tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.